Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:26 "İnter Mayami" klubu yeni mövsüm üçün formalarını təqdim edib  |     18:14 Naxçıvanda iki qurumdan birgə əməliyyat: "Smerç" raketinin hissəsi tapıldı  |     17:53 Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub - FOTO  |     17:33 İkiqat dünya çempionumuz milli komandanın heyətindən çıxarılıb - SƏBƏB  |     17:32 Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətinə gətirilməsini QADAĞAN ETDİ  |     17:31 Cənub rayonlarında güclü qar elektrik şəbəkələrində qəzalara səbəb oldu  |     17:28 Kənd Təsərrüfatı Nazirliyi: “Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir”  |     17:27 Almaniya miqrasiya sahəsində sərt addımlar atacaq  |     17:26 Əfv Komissiyasının növbəti iclasının vaxtı AÇIQLANDI  |     17:25 Prezidentin köməkçisi: "Hazırda Azərbaycan 54 ortagəlirli ölkələr sırasındadır"  |     17:22 Qəzzada ilk səhra hospitalı qurulub  |     17:21 Kanye Uestin 33 milyon izləyicisi olan "X" hesabı bağlanıb  |     17:18 Sumqayıtda kişi meyiti tapılıb  |     17:02 Kainatdakı ən böyük struktur aşkar olunub  |     16:53 Məşhur amerikalı müğənni barədə filmin nümayişi ləğv edildi  |     16:52 Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  |     16:47 İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı  |     16:46 Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir  |     16:44 Rusiyanın ən yaşlı məhbusu öldü  |     16:42 Ronaldu "Ən-Nəsr"də qalacaq?  |    

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi

Yanvarın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən "Gənclər Məkanı"nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.

"Nine Senses" İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların asudə vaxtının səmərəli təşkilinə yönəlib. İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi bu ustad dərslərin əsas məqsədlərindəndir.

Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəyib, habelə incəsənət vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olublar. Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanıb və dərslərin davamlı olması arzusu bildirilibdir.

Qeyd edək ki, qazanılmış təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin ölkəmizin digər regionlarında da təşkili nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 16.01.25 12:15