Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Qəzaya uğrayan təyyarənin bələdçisi: "Yaralarım göründüyündən daha dərindir"  |     22:18 Daha 2 tiktoker həbs olundu  |     22:11 Bayramov Hakan Fidanla qəzadan danışdı  |     21:59 "Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı  |     21:31 Rusiya nə qədər təzminat ödəməlidir?  |     21:17 Qəzanın səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib  |     20:43 Aktaudakı qəzada həlak olan pilotun anası: "Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı" - VİDEO  |     20:29 Audiovizual Şura bir neçə platformanı 5 000 manat cərimələdi  |     20:26 Zurabişvili postunda qalmaqda israr edir: Yeni prezidentin andiçmə mərasimi günü nə edəcək?  |     20:20 Çeçenistanda dekabrın 28-i matəm günü elan edilib  |     19:34 Türkiyə hərbçiləri İraqın şimalında 14 terrorçu öldürüb  |     19:31 Qəbələ RLS-in rəhbərliyi dəyişib  |     18:42 Rəşad Nəbiyev: Təyyarəyə kənar müdaxilə olub  |     18:34 Putin Şoyquya yeni vəzifə verdi  |     18:29 AYNA: "Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək"  |     17:59 Daha bir tiktoker xanım həbs edildi  |     17:54 Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib  |     17:38 Kuril adalarında zəlzələ baş verib  |     17:33 Türkiyəli pilot: "Təyyarənin salonunda balonun partlaması iddiası insan zəkasına lağ etməkdir"  |     17:03 Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verib  |    

Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi"

"Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi".

Median.Az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında vəfat edən "Gənclik" futbol klubunun üzvü Məhəmmədəli Eqanovun baş məşqçisi Vasif Rzayev deyib.

O, tələbəsinin qəza xəbərini oxuyanda şoka düşdüyünü bildirib:

"Qəza xəbərini oxuyandan sonra atası ilə əlaqə saxladıq və başsağlığı verdik. Məhəmmədəli yeni ili Qroznı şəhərində qarşılamaq üçün yollanıbmış. Atası hazırda Aktau şəhərindədir və oğlunun nəşini gətirmək üçün ora gedib. Bizim üçün ağır dərddir. Təyyarə qəzasında dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm".

Baş məşqçi Məhəmmədəlinin ötən ildən məşqlərə qoşulduğunu söyləyib:

"2023-cü ildən bizim məşqlərə qatılırdı. Komandamızın heyətində bir çox yoxlama görüşlərində iştirak edib. Məşqlərdə özünü çox intizamlı aparırdı. Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi. Məşqçi-müəllimlərin və komanda yoldaşlarının rəğbətini qazanmışdı. İstedadı var idi, məşqlərdən olan video görüntülərini paylaşmışdıq. Orta məktəbdə dərslərindən yüksək qiymətlər aldığını eşitmişdim. Onu belə bir qəzada itirdiyimiz üçün çox üzgünük".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 27.12.24 13:04