Rusiya nə qədər təzminat ödəməlidir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:17 Abşeronda evdən 10 000 manatlıq oğurluq: Kirayədə qalan şəxs tutuldu  |     14:56 Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO  |     14:39 "Kanal-11"in rəhbəri Teymur Kərimova hökm oxunub  |     14:37 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     14:35 Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı  |     14:34 Lalə Azərtaşın komandasına balta ilə hücum edən şəxs SAXLANILDI - VİDEO (YENİLƏNİB)  |     14:30 Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb  |     14:26 "TikTok"da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanıldılar  |     14:18 Kazan aeroportu uçuşları bərpa etdi (YENİLƏNİB)  |     14:16 Biləsuvarda yasa və toya gedən avtomobillər toqquşdu: Ölənlər və yaralananlar var (YENİLƏNİB)  |     14:13 Dövlətə məxsus külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstənin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ  |     14:12 Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri - RƏSMİ  |     14:08 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı  |     14:07 "Cülyetta" obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib  |     14:04 Gələn il iki Günəş, iki Ay tutulması olacaq  |     14:02 Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir  |     14:01 Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     13:58 326 milyonluq qaçaqmalçılıq edənlərin məhkəməsində ittiham aktı ELAN OLUNDU  |     13:56 Rusiyadan Mingəçevirə gələn yeniyetmə qəfil öldü  |     13:55 "Baykar" İtaliyanın aviasiya nəhəngini satın aldı  |    

Rusiya nə qədər təzminat ödəməlidir?

AZAL-a məxsus mülki təyyarənin Aktauda qəzaya uğrmasında kənar müdaxilənin olması artıq ilkin araşdırmanın nəticəsidir. Ciddi mənbələr isə buna Rusiya raketinin səbəb olduğunu bildirir.

Bu durumda Azərbaycan tərəfi Rusiyadan hadisəni etiraf etməsini və rəsmi üzr istəməsini gözləyir. Bundan başqa, zərərçəkənlərə həm də təzminat ödənməlidir.
Bəs, bu təzminatın məbləği nə qədərdir?

"Qafqazinfo”nun məlumatına görə, belə durumlarda Monrel konvensiyasına uğun hesablama aparılır. Burada hesablama "Special Drawing Right” (Xüsusi borcalma hüququ) pul vahidi ilə aparılır. Söhbət 250 min SDR-dən, yəni, 554 184 manatdan gedir.  Amma bu məbləğ birdəfəlik ödənilən məbləğ deyil.
Sığorta hesablananda bəzi məqamlar nəzərə alınır. Burada sərnişinin bundan sonrakı ömrü, yaşı, ailə tərkibi kimi detallar gözdən keçirilir. Yəni, təyyarə qəzasında 60 yaşında həlak olan biri ilə, 30 yaşında ölən sərnişinin sığorta məbləği eyni olmur. 
Mənəvi təzminat isə həmin ölkənin şərtlərinə uyğun ödənilir. 

Monreal Konvensiyası təyyarə qəzaları nəticəsində hava daşıyıcılarını məhkəməyə vermək hüququna da malikdir. Konvensiya insanlara təcili iqtisadi ehtiyaclarını ödəmək üçün gecikmədən avans ödəmələri öhdəliyi qoyur. Yerli qanun bu ödənişin məbləği ilə bağlı səlahiyyətlidir və bu məbləğin sonda veriləcək kompensasiyadan tutulması nəzərdə tutulur.

Sərnişin həlak olarsa və ya yaralanırsa, aviadaşıyıcıdan kompensasiya almaq hüququ olan şəxsin müəyyən edilməsindən sonra 15 gün ərzində təcili iqtisadi ehtiyacların ödənilməsi üçün avans ödəməsi tələb olunur. Ölümlə nəticələnən hallarda bu avans ödənişi təxminən 20.000 avrodan az ola bilməz.

Nəzərə alaq ki, AZAL-ın Müşahidə Şurasının qərarına əsasən, artıq qəzada xəsarət alanlara 20 min, həlak olanların ailəsinə isə 40 min manatın kompensasiya verilməsi nəzərdə tutulub. Bundan başqa, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Qeyd edək ki, SSRİ 1987-ci ildə Monreal protokolunu imzalayıb. 1991-ci ildə Rusiya, Ukrayna və Belarus bu qərara varis olduqlarını təsdiq ediblər.
Onu da əlavə edək ki, bu kimi faciəvi hadisələrdə bəzən proseslər xeyli vaxt çəkə bilir. Buna səbəb isə qarşı tərəfin məsuliyyəti öz üzərinə götürməməsi olur. Məsələn, 1988-ci ildə ABŞ Fars körfəzi üzərində İrana məxsus sərnişin təyyarəsini vurmuş, bunu İran Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcısı kimi təsbit etmişdi. 290 nəfərin ölümünə səbəb olan hadisəyə görə ABŞ İranla 8 il sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində razılığa gələ bilmişdi. Bu razılığa əsasən, ABŞ hadisə qurbanlarının ailələrinə 61.8 milyon dollar təzminat ödəmişdi.

2001-ci ildə isə Sibir Hava Yollarına məxsus - Təl-Əvivdən Novosibirskə uçan təyyarə havaya qalxdıqdan bir saat 45 dəqiqə sonra Qara dənizə düşüb. Təyyarədə olan 78 nəfərin hamısı, əsasən İsrail vətəndaşları ölüblər.

Dövlətlərarası Aviasiya Komitəsinin (IAC) rəyinə görə, təyyarə Krım yarımadasında Rusiya-Ukrayna hərbi təlimləri zamanı Ukraynanın hava hücumundan müdafiəsi üçün S-200 zenit-raket kompleksi tərəfindən səhvən vurulub. Ukrayna hərbi rəsmiləri əvvəlcə raketlərinin təyyarəni vurduğunu təkzib edərək raketlərin istiqaməti və məsafəsinin təyyarənin partladığı nöqtəyə uyğun olmadığını açıqlamışdılar. Lakin fəlakətdən bir neçə gün sonra Ukrayna səhvini etiraf edib. Ukraynanın ozamankı müdafiə naziri Aleksandr Kuzmuk həlak olanların ailələri və yaxınlarından üzr istəmişdi.
3 il sonra başa çatan istintaqının nəticəsinə əsasən, Tu-154 təyyarəsi gövdəsindən 15 metr aralıda partlayan raket nəticəsində yerə düşüb. Ukrayna 2003-cü ildə Rusiya və İsrail ilə qəzada ölənlərin yaxınlarına kompensasiya haqqında hökumətlərarası sazişlər imzaladı. Hər bir qurban üçün 200 min dollar - Rusiyaya 7.8 milyon dollar və İsrailə isə 7.5 milyon dollar ödəndi.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 27.12.24 21:31