Ukraynanın xarici işlər naziri Andriy Sibiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Başsağlığının mətnini Ukrayna XİN başçısı öz "X" hesabında yerləşdirib.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması dəhşətli hadisədir. Azərbaycana başsağlığı veririk", - paylaşımda qeyd olunur.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.