AYNA: "Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək" » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO  |     14:39 "Kanal-11"in rəhbəri Teymur Kərimova hökm oxunub  |     14:37 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     14:35 Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı  |     14:34 Lalə Azərtaşın komandasına balta ilə hücum edən şəxs SAXLANILDI - VİDEO (YENİLƏNİB)  |     14:30 Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb  |     14:26 "TikTok"da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanıldılar  |     14:18 Kazan aeroportu uçuşları bərpa etdi (YENİLƏNİB)  |     14:16 Biləsuvarda yasa və toya gedən avtomobillər toqquşdu: Ölənlər və yaralananlar var (YENİLƏNİB)  |     14:13 Dövlətə məxsus külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstənin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ  |     14:12 Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri - RƏSMİ  |     14:08 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı  |     14:07 "Cülyetta" obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib  |     14:04 Gələn il iki Günəş, iki Ay tutulması olacaq  |     14:02 Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir  |     14:01 Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     13:58 326 milyonluq qaçaqmalçılıq edənlərin məhkəməsində ittiham aktı ELAN OLUNDU  |     13:56 Rusiyadan Mingəçevirə gələn yeniyetmə qəfil öldü  |     13:55 "Baykar" İtaliyanın aviasiya nəhəngini satın aldı  |     13:54 Gün ərzində 1-2 dəqiqə intensiv fiziki məşq infarkt ehtimalını 33% azaldır  |    

AYNA: "Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək"

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə 30 dekabr tarixindən 6 yanvar 2025-ci il tarixinədək respublikanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin "biletim.az" portalından onlayn qaydada əldə edə bilərlər. Hazırda "biletim.az" portalında 47 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 27.12.24 18:29