Rəşad Nəbiyev: Təyyarəyə kənar müdaxilə olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:17 Abşeronda evdən 10 000 manatlıq oğurluq: Kirayədə qalan şəxs tutuldu  |     14:56 Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO  |     14:39 "Kanal-11"in rəhbəri Teymur Kərimova hökm oxunub  |     14:37 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     14:35 Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı  |     14:34 Lalə Azərtaşın komandasına balta ilə hücum edən şəxs SAXLANILDI - VİDEO (YENİLƏNİB)  |     14:30 Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb  |     14:26 "TikTok"da müxtəlif adlar altında yarışlar təşkil edən şəxslər saxlanıldılar  |     14:18 Kazan aeroportu uçuşları bərpa etdi (YENİLƏNİB)  |     14:16 Biləsuvarda yasa və toya gedən avtomobillər toqquşdu: Ölənlər və yaralananlar var (YENİLƏNİB)  |     14:13 Dövlətə məxsus külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstənin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ  |     14:12 Yeni il ərəfəsində Azərbaycanda un qiymətləri - RƏSMİ  |     14:08 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı  |     14:07 "Cülyetta" obrazı ilə məşhurlaşmış britaniyalı aktrisa vəfat edib  |     14:04 Gələn il iki Günəş, iki Ay tutulması olacaq  |     14:02 Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir  |     14:01 Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     13:58 326 milyonluq qaçaqmalçılıq edənlərin məhkəməsində ittiham aktı ELAN OLUNDU  |     13:56 Rusiyadan Mingəçevirə gələn yeniyetmə qəfil öldü  |     13:55 "Baykar" İtaliyanın aviasiya nəhəngini satın aldı  |    

Rəşad Nəbiyev: Təyyarəyə kənar müdaxilə olub

"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer 190” təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq komissiya yaradıldı. Komissiya üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından əyrənmək üçün Aktau şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan, həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlər açıqlamasında bildirib.

Nazir qeyd edib: "Zərərçəkən sərnişinlər və sağ qalan təyyarə bələdçiləri bildiriblər ki, Qroznı üzərində olarkən partlayış səsi eşidiblər. Hətta təyyarə bələdçisinin birinin qolu yaralanıb. Həmçinin sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başq,a təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub”.

Onun sözlərinə görə, qəzanın ilk anından mətbuatda təyyarəyə quşların çırpıldığı yazılırdı. Amma mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, yerdə olan təyyarə qalıqları və şahid ifadələri deməyə əsas verir ki, burada kənar müdaxilə olub. Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək. Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq”.

Nazir həmçinin qeyd edib: "İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də təyyarədə olan insanların böyük əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

R.Nəbiyev əlavə edib ki, "Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib. Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar.

"Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, - nazir vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 27.12.24 18:42