Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:08 “Viber” Rusiyada bloklandı  |     22:49 Bakıda zəncirvari qəza: “BMW” “Audi”yə çırpıldı  |     22:41 Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?  |     22:32 Soyuq su səbəbindən idmançı Sumqayıt stadionunda infarkt keçirib - İDDİA  |     22:25 Çin millisinin sabiq baş məşqçisinə 20 il həbs - 7 milyon dollar rüşvət alıb  |     22:19 Dünya praktikası Azərbaycanda - Özəl pensiya fondları vətəndaşa nə verəcək?  |     22:11 Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında  |     22:04 Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - QİYMƏTLƏR (VİDEO)  |     21:56 “Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib  |     21:50 "Liverpul"un baş məşqçisi Premyer Liqada noyabrın ən yaxşısı seçilib  |     21:43 Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     21:38 Sabah DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq  |     21:31 Fransanın müxalifət partiyası hökumətə etimadsızlıq göstərəcək  |     21:26 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:20 Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib  |     21:12 Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib  |     21:07 “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb  |     21:00 Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib  |     20:55 “Bakı Sığorta”nın lisenziyası ləğv edilib  |     20:46 DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb  |    

Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 14-ü gecə və səhər əsəcək güclü külək səbəbilə əhalini ehtiyatlı davranmağa çağırıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara görə, dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit və güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələrini tövsiyə edib:

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər.

Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 13.12.24 21:20