“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı  |     22:31 Məhkəmədə Kəlbəcərin işğalı zamanı ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı ifadə verilib  |     22:22 Boşanmadan sonra kredit borcunu kim ödəməlidir?  |     22:17 Magistraturanın SABAH qrupları ləğv olunur  |     22:09 9 uşaq bağçası açılacaq  |     22:03 13 yaşlı "ağ" haker "Microsoft"a necə kömək edir?  |     21:57 Ermənistan Rusiyaya nota verdi  |     21:52 Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi  |     21:45 "Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi  |     21:39 Pulsuz dərman 80 manata... - TƏBİB Əməkdar artistə cavab verdi  |     21:31 Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi  |     21:25 Sabiq rəis elektron qolbaqda gəzəcək  |     21:16 "Reo-Med Tibb Mərkəzi"də yoxlama - Pozuntular aşkarlandı  |     21:11 Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı  |     21:04 Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?  |     20:59 Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)  |     20:51 Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?  |     20:45 Andrey Bədəlov pəncərədən yıxılaraq öldü  |     20:37 Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT (VİDEO)  |     20:30 Faktiki hava açıqlandı  |    

“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.

Median.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

"Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, "Starlinkam" SC şirkətinin Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib", - M.Ayrapetyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müraciətlər ümumi istifadəli elektron rabitə şəbəkəsinin istismarı üçün lisenziya verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən istismar olunan ümumi istifadəli elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik diapazonlarından istifadəyə icazə verilməsi ilə bağlı olub.

"Beləliklə, lisenziyalaşdırma və icazələr təmin edilib və indi biz test mərhələsinə keçirik. Ümid edirəm ki, bu mərhələ yaxın aylarda başa çatacaq və xidmət tam gücü ilə işləyəcək", - nazir qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            762 13.12.24 21:56