Bakıda dörd marşrutun hərəkət sxemi dəyişdirilir, yeni marşrut xətti istifadəyə verilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:20 Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib  |     21:12 Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib  |     21:07 “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb  |     21:00 Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib  |     20:55 “Bakı Sığorta”nın lisenziyası ləğv edilib  |     20:46 DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb  |     20:41 Xarici analitik: Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistana əhəmiyyətli fayda verəcək  |     20:33 Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb  |     20:28 Azərbaycandan turist axını 17 % artıb  |     20:20 Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb  |     20:14 Bursada məhkəmə binasına silahlı hücum olub, iki nəfər ölüb - VİDEO  |     20:06 İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib  |     20:01 Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var  |     19:53 Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə olub  |     19:46 DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək  |     19:40 Noyabrda 615 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     19:33 Ötən ay Avropadan Azərbaycana 55 nəfər readmissiya olunub  |     19:28 Azərbaycanın qadın idman gimnastikası üzrə hakimi 1-ci kateqoriyaya layiq görülüb  |     19:19 NATO-nun baş katibi Ukraynadakı münaqişədə ölənlərin sayını açıqlayıb  |     19:13 Estoniyada təhlükəsizlik vergisi tətbiq ediləcək  |    

Bakıda dörd marşrutun hərəkət sxemi dəyişdirilir, yeni marşrut xətti istifadəyə verilir

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 15 dekabr tarixindən dörd sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

Median.Az
bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata deyilir ki, dəyişikliyə əsasən, 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə, 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə, 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə, 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.

Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq, yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək.

Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və dataəsaslı analitik alət olan Bakının "Rəqəmsal əkizi" vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            189 13.12.24 18:08