“Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:08 “Viber” Rusiyada bloklandı  |     22:49 Bakıda zəncirvari qəza: “BMW” “Audi”yə çırpıldı  |     22:41 Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?  |     22:32 Soyuq su səbəbindən idmançı Sumqayıt stadionunda infarkt keçirib - İDDİA  |     22:25 Çin millisinin sabiq baş məşqçisinə 20 il həbs - 7 milyon dollar rüşvət alıb  |     22:19 Dünya praktikası Azərbaycanda - Özəl pensiya fondları vətəndaşa nə verəcək?  |     22:11 Elza Seyidcahanla Roza Zərgərli məhkəmə qarşısında  |     22:04 Evlərə günəş panellərinin quraşdırılması neçəyə başa gəlir? - QİYMƏTLƏR (VİDEO)  |     21:56 “Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib  |     21:50 "Liverpul"un baş məşqçisi Premyer Liqada noyabrın ən yaxşısı seçilib  |     21:43 Azərbaycanda fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     21:38 Sabah DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq  |     21:31 Fransanın müxalifət partiyası hökumətə etimadsızlıq göstərəcək  |     21:26 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:20 Nazirlik gözlənilən güclü küləklə bağlı əhaliyə çağırış edib  |     21:12 Gürcüstanda nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilib  |     21:07 “Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb  |     21:00 Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib  |     20:55 “Bakı Sığorta”nın lisenziyası ləğv edilib  |     20:46 DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb  |    

“Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb

“The Coca-Cola Company”yə qarşı istehsal etdiyi məhsullarının uşaqlarda asılılıq yaratdığına görə tarixdə ilk dəfə məhkəmə iddiası qaldırılıb.

Bu barədə “Morgan & Morgan” hüquq firması məlumat yayıb.

ABŞ sakini Brüs Martinez “The Coca-Cola Company”, “Mondelez International” və daha 9 alkoqolsuz içki və şirniyyat istehsalçısına qarşı tarixdə ilk dəfə məhkəmə iddiası qaldırıb. İddiaya səbəb onların məhsullarının uşaqlarda asılılıq və xroniki xəstəliklər yarada bilməsidir.

B.Martinez qeyd edib ki, adı çəkilən şirkətlərin məhsullarının, o cümlədən “Coca-Cola” və “Pepsi” içkilərinin, həmçinin “Mars” şokoladının istifadəsi nəticəsində 16 yaşında olarkən onda II növ şəkərli diabet və qaraciyərində xəstəlik yaranıb. İddiada qeyd olunub ki, qida sənayesi nəhəngləri məhsulları dərin emal prosesindən keçirirlər. Belə məhsullar uşaqlarda asılılıq yarada və xroniki xəstəliklərə səbəb ola bilər.

“Dərin emal prosesindən keçən qida məhsulları ilə bağlı faktlar şirkətlərin öz məhsullarını alan insanların sağlamlığı və təhlükəsizliyindən daha çox mənfəəti üstün tutmasının bariz nümunəsidir”, - hüquq firmasının tərəfdaşı Mayk Morqan vurğulayıb.

Onun sözlərinə görə, qazlı içki və şirniyyat istehsalçılarının fəaliyyətinin nəticələri minlərlə uşaq və ailəyə zərər verə bilərdi.

“Morgan & Morgan”ın hüquqşünasları ABŞ-də uşaqların qida rasionunun təxminən 67 %-nin dərin emal prosesindən keçən məhsullarından ibarət olduğunu göstərən araşdırmalara istinad edirlər. Eyni zamanda, yetkin amerikalıların azı 14 %-də və uşaqların 12 %-də belə qidalanmadan asılılıq əlamətləri müşahidə olunub. İddiada həmçinin belə məhsullarının istifadəsinin xərçəng, ürək-damar xəstəlikləri, demensiya və digər ağır xəstəliklərə səbəb ola biləcəyini göstərən elmi məlumatlar da yer alıb.//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 13.12.24 21:07