Xarici media nümayəndələri Şamaxıda tarixi məkanlarla tanış olublar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |     11:24 Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR  |     22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |    

Xarici media nümayəndələri Şamaxıda tarixi məkanlarla tanış olublar

Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinə mediatur təşkil olunub.

Qonaqlar mediatura XV əsrə aid unikal ikimərtəbəli “Diri Baba” türbəsindən başlayıblar.

Bildirilib ki, Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Tikilinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır.

Daha sonra jurnalistlər çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıb. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib.

Xarici media nümayəndələri sonda Azərbaycanın üzümçülük mədəniyyəti ilə tanış olmaq üçün Meysəri şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 19.11.24 20:45