"Yaşıl iqtisadiyyat"a keçiddə İƏT üzv dövlətlərinin bacarıq boşluqları AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |     11:24 Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR  |     22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |    

"Yaşıl iqtisadiyyat"a keçiddə İƏT üzv dövlətlərinin bacarıq boşluqları AÇIQLANDI

2023-cü ilin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Bazarı Hesabatı və Ətraf Mühit Hesabatındakı ən son məlumatlara əsasən, "yaşıl iqtisadiyyat"a keçiddə İƏT üzv dövlətləri arasında bir neçə mühüm bacarıq boşluğu müəyyən edilib".

"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov COP29 çərçivəsində keçirilən "Yaşıl iş və bacarıqlar" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

Baş direktor mühüm olan beş əsas bacarıq boşluğunu açıqlayıb: "Birinci və ən əsas bacarıq boşluğu şirkətlərin rəqəmsal sahədə fəaliyyətindədir. İkincisi, günəş, külək və "yaşıl hidrogen" kimi bərpaolunan enerji texnologiyalarının tətbiqindəki texniki bacarıqların boşluğudur. Üçüncü, enerji səmərəliliyini qoruyan bina dizaynı və təkmilləşdirmə sahəsində təcrübə, dördüncü, iqlim risklərinin qiymətləndirilməsi və adaptasiya planlaşdırması bacarıqları üzrə boşluqlardır. Nəhayət, sonuncu bacarıq boşluğu isə gənc nəslin "yaşıl maliyyə" və davamlı biznes modellərini başlatmaq, idarə etmək qabiliyyətindədir".

A. Bayramov qeyd edib ki, bu bacarıq boşluğunu doldurmaq üçün əsas tövsiyələrə işçi qüvvəsinin təlimi, rəqəmsal savadlılığın təşviqi, iqtisadiyyatın diversifikasiyası, çevik qaydaların tətbiqi, innovasiya və sahibkarlığın təşviqi aiddir: "Həmçinin sosial müdafiənin gücləndirilməsi, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, həssas qrupların, gənclərin və qadınların səlahiyyətləndirilməsi, əməkdaşlıq və tərəfdaşlığın təşviqi də tövsiyələrə daxildir. İqtisadiyyatdakı bu keçid hazırda təlim proqramlarına əhəmiyyətli investisiya tələb edir. Boşluqlar ixtisasartırma və "yaşıl iş yerləri" üçün təkmilləşdirilmiş təlim proqramları və təhsil təşəbbüslərinə ehtiyacın olduğunu göstərir. Təhsil və peşə təliminə hədəflənmiş investisiyalar işçilərin bacarıqlarını artıracaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 18.11.24 20:35