Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |    

Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq

2025-ci ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1 milyard 999,4 milyon manat vəsait nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Sənəddə qeyd olunub ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz, 2023-cü illə icrası ilə müqayisədə isə 277,3 milyon manat və ya 16,1 faiz çoxdur.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 410,4 milyon manatı (2024-cü illə müqayisədə 42,4 milyon manat və ya 3,1 faiz çox) və ya 70,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması və müvafiq dövlət proqram və tədbirləri üzrə xərclərə yönəldiləcək.

Gələn ilin dövlət büdcəsinin layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 1 milyard 410,4 milyon manat vəsaitin 1 milyard 266,6 milyon manatını və ya 90 faizini dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir ki, bu cari illə müqayisədə 38,2 milyon manat və ya 3,1 faiz çoxdur. Bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Belə ki, 2025-ci il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 124,1 manat götürülməklə 2024-cü ilin sonuna gözlənilən 2,7 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.

Bütövlükdə 2020-ci ildən tətbiq olunmuş adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artırılacaq.

Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirlər üçün 143,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,2 milyon manat və ya 3 faiz çoxdur.

2025-ci ilin büdcə layihəsində Səhiyyə Nazirliyinə ümumilikdə 327,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 12,1 milyon manat və ya 3,8 faiz çoxdur. Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə ümumi təyinatlı tibbi xidmətin göstərilməsinə 82,5 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 10,2 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasına 5,7 milyon manat, digər xərclərə (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 176,7 milyon manat yönəldiləcəkdir.

Sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 52,5 milyon manat vəsait proqnozlaşdırılmışdır.

Azərbaycanın Xüsusi Tibb Xidməti üçün qanunvericiliklə müəyyən edilən şəxslərin tibbi təminatının göstərilməsi üçün 18,9 milyon manat vəsait nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 18.11.24 13:35