[hide][/hide]Aeroporta daxil olan nəqliyyat vasitələri Terminal 2-nin qarşısında sərnişinləri düşürə biləcəklər, amma 11-12-13 noyabr tarixlərində oradan sərnişin götürə bilməyəcəklər.
Median.Az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
“Aeroportdan gələrək Bakıya daxil olmaq istəyən sərnişinlərdən xahiş edirik ki, yalnız şatllardan istifadə etsinlər. Normalda hava limanında bir şatlımız fəaliyyət göstərəcək. Bir şatlımız metronun 28 May, digəri isə Əhmədli metrostansiyası istiqamətidə hərəkət edəcək”.