Azərbaycanda bunu edən şəxslər 15 il müddətində həbs oluna bilərlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:11 Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib  |     14:53 Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi - VİDEO  |     14:49 Baş verən partlayışda kürəkən öldü, qayınata cəzalandırıldı  |     14:45 Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq  |     14:40 Yağış Bakı və Abşeronda fəsadlar törətdi: 31 nəfər təxliyə edildi - VİDEO (YENİLƏNİB)  |     14:32 Bakıda qadını döyən, digər iki nəfərə xəsarət yetirənlər saxlanıldılar  |     14:28 Bakıda yağış daha bir universitetdə fəsadlar törətdi - VİDEO  |     14:20 Dövlət bağçalarında uşaqlara kameralarla nəzarət etmək niyə mümkün deyil? - VİDEO  |     14:17 Kürdəmirdə qardaş qardaşı BIÇAQLADI  |     14:14 Restoranlarda niyə depozit tələb olunur? (VİDEO)  |     14:10 Neft Emalı Zavodundakı baş verən yanğın söndürülüb: Xəsarət alan yoxdur - VİDEO (YENİLƏNİB)  |     13:54 Kişi gecələr evə gec gələn arvadına xəsarət yetirdi  |     13:20 Naxçıvanda erkən evliliyin qarşısı alınıb  |     12:55 "Məndən pul alıb, saxta sənədlər verdilər" - Sevdaya qarşı dələduzluq (VİDEO)  |     12:49 Həbsdən çıxan ata oğlunu yenidən GÜLLƏLƏDİ  |     12:23 Azərbaycanda bunu edən şəxslər 15 il müddətində həbs oluna bilərlər  |     12:22 ABŞ-də yeniyetmə silahla beş nəfərin həyatına son qoyub  |     12:17 Belçikada stadiona atılan partlayıcı maddə futbolçunun barmaqlarını itirməsinə səbəb olub  |     12:10 ABŞ rəsmiləri Fətullah Gülənin ölümündən danışmaqdan qorxdular  |     11:58 Bakıda 20 yaşlı oğlanı avtomobil vuraraq öldürüb  |    

Azərbaycanda bunu edən şəxslər 15 il müddətində həbs oluna bilərlər

Azərbaycanda ekosidə görə cinayət məsuliyyəti tətbiq ediləcək.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş layihədə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

Dəyişiklik ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Məcəlləyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 22.10.24 12:23