Oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polis məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Vurğulanıb ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla 5 nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.