"Bakının Yasamal rayonunun Birinci Alatava yaşayış massivində xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub".
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 oktyabr saat 13:30-da Yasamal rayonu, Alatava ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb" , - deyə məlumatda bildirilir.