Naxçıvan şəhər, Kəngərli rayon Çalxanqala kəndi ərazisində hərbi sursat aşkarlanıb.
Median.Az report-a istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.