Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |    

Bəzi yerlərdə intensiv yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağıb. Əsasən Balakən-Şəki zonasının bəzi ərazilərində yağıntılar güclü olub. Şahdağ və Zaqatala rayonunun dağlıq ərazilərinə (Əlibəy) qar yağıb.

Düşən yağıntının miqdarı Qubada 43 mm (Qudyalçay), Qusarda (Ləzə) 35 mm, Xaltanda 34 mm, Qaxda (Sarıbaş) 29 mm, Qrızda 25 mm, Xaçmazda 23 mm, Xınalıq və Ağsuda 21 mm, Şabranda 19 mm, İsmayıllı, Qəbələ və Şəkidə (Kişçay) 18 mm, Altıağac və Oğuzda 15 mm, Şamaxıda 10 mm, Astara, Neftçala, Kürdəmir və Gədəbəydə 8 mm, Cəfərxanda 7 mm, Lənkəranda 6 mm, Biləsuvar, Sabirabad və Mingəçevirdə 5 mm, Yardımlı, Daşkəsən, Şahdağ, Lerik, Göyçay, Qobustan, Şəmkir, Zərdab, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Balakən, Zaqatala, Bərdə, Tərtər, Yevlax, Ordubad və Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında bir mm-dək olub.

Yağan leysan yağış nəticəsində İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından, Şəmkir rayonu ərazisindən axan Şəmkirçaydan sel keçib. Naxçıvan, Şahbuz, Balakən, Oğuz, Şəki, Şamaxı, Qax, Quba, Qusar, Qrız, Göyçay, Göyçay və Lerikdə duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Goranboyda 19 m/s-dək güclənib. "Neft Daşları" stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-də 9, Aran rayonlarında 13, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 19.10.24 15:17