2024-cü ilin yanvar-avqust ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı məlum olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30 788 nikah və 14 248 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5-dən 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.