“20 Yanvar” da taksilər üçün yer ayrılacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

“20 Yanvar” da taksilər üçün yer ayrılacaq?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb.

Median.Az 
cebheinfo.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur.

Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Maraqlıdır, “20 Yanvar” ərazisində taksilərin hərəkətini təkmilləşdirmək məqsədilə taksi minik avtomobilləri üçün duracaq yerləri (drop off) təşkil edilə bilər?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, paytaxtın bir sıra ərazilərində plansız tikinti işlərinə görə Bakı şəhərində dayanacaqların təşkil olunması və parklama yerlərini üçün yer tapmaq çətindir:

“Xüsusilə də “20 Yanvar” metrostansiyası əzarizisində taksi duracaqları və parklanma yerləri təşkil etmək çox müşkül məsələdir. Amma bunun da bir çıxış yolu tapıla bilər.

“Drop off” əraziləri yol qırağında ayırmaq mümkündür. Taksi sifariş verən müştəri müvəqqəti olaraq dayanıb gözləyər. Bunun üçün də xüsusi yerlər təşkil oluna bilər”.

Ekspert qeyd edib ki, Tbilisi prospektində taksilərin dayana biləcəyi 6 məntəqə müəyyən edilib:

“Taksilərin və minik avtomobilləri üçün duracaqlar, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təhlillər aparılıb. Yaxın zamanda duracaq yerləri müəyyən olunduqdan sonra ictimayətə məlumat veriləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            678 27.09.24 18:10