ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |    

ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib

2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub, onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) təşkilatçılığı ilə bölgəyə təşkil edilmiş mediaturda məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara hələ də rast gəlinir.

Media nümayəndələri Füzuli rayonunun keçmiş təmas xəttinə yaxın ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi zamanı qarşıya çıxan çətinliklər haqqında ətraflı məlumatlandırılıb.

ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov jurnalistlərə bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir. Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 12.09.24 12:55