Şuşa teatrı bu il doğma evinə köçəcəkmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:20 Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb - VİDEO  |     16:11 Skuterlə qayda pozanlar CƏRİMƏLƏNİRLƏR? - BDYPİ-dən AÇIQLAMA  |     16:06 Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi  |     16:02 "Telegram"da iki funksiya silindi  |     16:00 Süd vəzi xərçəngi ilə kəpək arasında əlaqə tapıldı  |     14:50 "Manatlıq taksi" istifadəçiləri yollarda qaldılar: "Evimizə necə tez gedək?" - VİDEO  |     14:49 Çindən Azərbaycana gətirilən avtomobillər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO  |     14:16 Metronun "28 May" stansiyasının qarşısındakı təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO  |     14:05 Bakıda beşotaqlı ev yandı  |     14:02 Polkovnik Samir Həziyev barədə yeni qərar  |     13:52 Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb  |     13:19 Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı  |     13:14 Paris-2024: Dürsədəf Kərimova məğlub olub  |     22:57 İran Prezidentinin ilk mətbuat konfransının tarixi açıqlanıb  |     22:52 Azərbaycan Su Ehtiyatları Agentliyində yeni təyinat olub  |     22:43 Şirvanda şəhidin oğlu özünü asıb - FOTO  |     22:35 Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI  |     22:23 MN antiterror əməliyyatından görüntülər yaydı - VİDEO  |     22:11 Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - Xəbərdarlıq  |     22:00 Yol qəzası Mərdəkan şosesi istiqamətində sıxlığa səbəb olub  |    

Şuşa teatrı bu il doğma evinə köçəcəkmi?

151 yaşlı Azərbaycan teatrı yeni mövsümə başlayır. İncəsənət məbədi sayılan teatrlar həm paytaxtda, həm də bəzi rayonlarda fəaliyyət göstərir. Şuşa Dövlət Musiqili teatrı isə Qarabağ hadisələrindən sonra Bakıya köçürülüb. Bakıda ilk tamaşasını 1993-cü ildə nümayiş etdirən teatr 31 ildir ki, həm şuşalılara, həm də paytaxt sakinlərinə xidmət edir. 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Şuşa şəhəri işğaldan azad edildi. Rəsmi məlumatlara görə, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.

Bəs teatr, necə bu il Şuşada fəaliyyətini davam etdirəcəkmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Şuşa Dövlət Musiqili Teatrın icraçı direktoru Yaşar Muradov Şuşaya qayıdacaqları günü gözlədiklərini deyib:

"Çox böyük ümidlə Şuşaya qayıdacağımız günü gözləyirik. Amma biz qayıtmaqla bağlı dəqiq tarix deyə bilmirik. Ölkə başçısı nə vaxt Şuşa teatrının Şuşaya köçməsi, orada fəaliyyətini davam etdirməsi ilə bağlı qərar verəcəksə, həmin vaxt biz də böyük sevinc və qürurla köçüb, orada fəaliyyət göstərəcəyik”.

O, bu mövsümdə yeni əsərlərə də quruluş veriləcəyini qeyd edib:

"Yeni mövsüm üçün repertuarımız bəllidir. Həftə sonundan tamaşalarımız tamaşaçılara təqdim olunacaq. Bu mövsümdə yeni əsərlər də səhnələşdiriləcək. Hansıların olacağı barədə bir müddət sonra məlumat veriləcək”.

Xatırladaq ki, Şuşada ilk teatr 1938-ci ildə yaradılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1990) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Məlum Qarabağ hadisələrindən sonra 1992-ci ildə teatr Bakıya köçüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 05.09.24 21:52