Bibiheybətdən keçən magistral su kəmərində təmir işləri aparılacaq.
Bu məlumatı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti yayıb.
"Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar sentyabrın 3-ü saat 6:00-dan 21:00-dək Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, İvan Çernyaxovski, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq", - deyə məlumatda bildirilir.