Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair görüntülər polis tərəfindən araşdırılır.
Bu açıqlamanı oxu.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:
"Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır".
* * * * *
Bakıda sürücülər bahalı avtomobillərini yarışdırıblar.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, "Range Rover" və digər bahalı avtomobil markalarının sürücüləri ötmə əməliyyatı edərək yollardakı hərəkət iştirakçıları üçün təhlükə yaradıblar.
Həmin görüntüləri təqdim edirik: