ABŞ-də azərbaycanlılara qarşı terror aktı hazırlayan erməni axtarışa verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |     17:00 Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi  |     16:57 Bakı həbsxanasında daha bir ÖLÜM  |     16:40 Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır  |     16:37 "Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU  |     14:51 Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı  |     13:42 Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ  |     13:32 DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?  |     13:30 Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı - FOTO  |     13:27 FHN: "Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub"  |     13:26 Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu  |     13:21 Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?  |     13:08 COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR  |     13:00 Süni intellekt "Google" üçün kod yazır  |     12:58 Xırdalanda intihar etmək istəyən 33 yaşlı kişinin xilasedilmə GÖRÜNTÜLƏRİ (VİDEO)  |    

ABŞ-də azərbaycanlılara qarşı terror aktı hazırlayan erməni axtarışa verilib

ABŞ-də erməniəsilli keçmiş tələbə Aram Brenson Çikaqo Universitetinin yataqxana otağında bomba hazırlamaqda ittiham olunur.

Bu barədə abc7chicago.com məlumat yayıb.

Məlumata görə, A.Brenson Çikaqo Universitetinin yataqxanasında partlayış törədib, daha sonra yalan məlumat yaymaqla bu faktı gizlədib. Bundan əlavə, o, partlayıcı qurğunun istehsalı üçün gizli planlar hazırlamaqda ittiham olunur.

Qeyd olunur ki, 21 yaşlı A.Bransonun çantasında partlayıcı olması səbəbindən "Loqan" Beynəlxalq Hava Limanında həyəcan siqnalı işə düşüb. O, saxta məlumat verməkdə və məlumatı gizlətməkdə, habelə federal quruma yalan ifadələr verməkdə ittiham olunur.

Hazırda A.Bransonun Ermənistanın paytaxtı İrəvanda yaşadığı və bu ölkədəki Amerika Universitetində təhsil aldığı güman edilir. O, ABŞ-də federal ittihamlarla axtarışdadır.

İttihama görə, A.Branson bu bombadan azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            327 30.08.24 22:01