309 dönərxanada nöqsanlar aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:32 Narinin azadlığa buraxılan atasından mətbuata ilk AÇIQLAMA  |     19:09 Çin pensiya yaşını artırmağı planlaşdırır  |     18:58 Rusiyada qəribə hadisə: Tanımadığı şəxs barmağını dişlədi, bir müddət sonra öldü  |     18:52 Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb  |     18:39 Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar  |     18:25 Kişi sirkə turşusu içib özünü öldürdü  |     18:05 Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu - FOTO  |     18:00 Naxçıvanda gecə saatlarında internet olmayacaq - SƏBƏB  |     17:58 AMEA-dan "Vikipediya"dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA  |     17:55 Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı  |     17:52 Fermada məktəblinin meyiti tapıldı  |     17:45 "Hələ dərs açılmamış vəziyyət belədirsə..."  |     17:37 Bakı yollarında COP29 üçün zolaq salınır - VİDEO  |     17:30 Dondurulmuş qidalar təhlükə yarada bilər  |     17:23 Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb  |     17:16 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub  |     17:08 Azərbaycanda əhalinin sayı açıqlandı  |     17:00 Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb  |     16:59 Azərbaycanda əhalinin sayı açıqlandı  |     15:27 Yer zərbə altında: Plazma buludu planetə yaxınlaşır  |    

309 dönərxanada nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 310 müəssisədə monitorinq keçirib.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumillikdə, 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar 21 müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 1 müəssisədə çiy dönər emalının dayandırılması, 16 müəssisədə iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Həmçinin aşkar edilən pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

"Əlavə edək ki, Agentlik tərəfindən aparılan nəzarət tədbirləri ilə yanaşı, dönər satışı həyata keçirilən qida obyektlərində sağlamlaşdırıcı tədbirlər də icra edilib, sahibkarlara metodiki dəstək göstərilib. Belə ki, görülən tədbirlər nəticəsində 14 müəssisədə sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda, dönər satışı həyata keçirilən 310 obyektdə istehlakçıların maarifləndirilməsi məqsədilə hazırlanan posterin yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, həmin ictimai iaşə müəssisələrinin rəhbərlərinə bu sahədə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 14.08.24 18:34