Mojo.az Banner
23:04 Balakəndəki kanat yolu niyə işə salınmır? (Video)  |     22:56 Azərbaycan teatrlarında 46 ştat ləğv edildi  |     22:55 Etibarlılıq problemi: Ən tez sıradan çıxan avtomobil markası açıqlandı  |     22:55 "Turan Tovuz" futbolçusu ilə vidalaşdı  |     22:49 Mirzoyan AŞPA rəhbəri ilə İrəvan və Bakı arasında sülh prosesindən danışıb  |     22:43 Gəlin zalda yox, ekranda idi - Azərbaycanda maraqlı toy (Video)  |     22:28 Kələm turşusu ilə bağlı məsələ nəzarətə götürüldü - Video  |     22:22 Ermənistan və Azərbaycan razılığa gəldi  |     22:15 İmişlidə yanan evdən meyit tapıldı - Qadın saxlanıldı  |     22:10 Suriyada baş verənlərlə bağlı Ərdoğandan açıqlama  |     22:02 Burun əməliyyatı həyatını qaraltdı: Paytaxt sakini həkimi məhkəməyə verdi - Video  |     21:57 "Latsio"nun qapıçısı İPL klubunda  |     21:51 Ülvi Hüseynli vəzifəsindən AZAD EDİLDİ  |     21:44 Planetlərin kiçik paradını nə vaxt görmək mümkün olacaq?  |     21:43 Qaz limitinin həddi artırılacaq? - AÇIQLAMA  |     21:36 Konstitusiya Məhkəməsindən vacib qərar  |     21:29 İraq parlamenti prezident seçkilərini təxirə saldı  |     21:20 Nazir deputatın yaxın qohumunu işdən çıxardı - FOTO  |     21:04 Gözəllik salonunda tərk edilən uşaqlar: "Anamızı sevirik"  |     20:55 Azərbaycanla Ermənistan arasında daha bir RAZILIQ ƏLDƏ OLUNDU - RƏSMİ  |    
Left Banner
Right Banner

Səhər saatlarında Bakı metrosunda problem yarandı

16.07.2024 12:17 1 188
Səhər saatlarında Bakı metrosunda problem yarandı
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların yubanması halı baş verib.

Stansiyalarda olan vətəndaşlar səkkiz dəqiqə qatar gözləməli olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib və bildirilib ki, qatarların hərəkətində intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

"Dərnəgül" stansiyasında maşinist monitorunda "qapıların bağlanmaması" işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemində yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.

Xətdə hərəkətin təşkilinə maneə yaranmaması üçün həmin qatar digər - qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib", - deyə məlumatda bildirilir.скачать dle 11.3