Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəlin zalda yox, ekranda idi - Azərbaycanda maraqlı toy (Video)

27.01.2026 22:43 522
Gəlin zalda yox, ekranda idi - Azərbaycanda maraqlı toy (Video)
Azərbaycanda maraqlı və qeyri-adi toy hadisəsi yaşanıb.

Median.Az
bizim.media-ya istinadən xəbər verir ki, Yevlaxda keçirilən toy məclisində gəlin iştirak etməyib.

Ailənin sözlərinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib.

Belə ki, gəlin öz toy məclisini canlı bağlantı vasitəsilə izləyib.

Bəyin atası Şirin Şirinov bildirib ki, oğluna təklif edib ki, gəlinsiz toy etsinlər:

“Təxminən 5-6 ay əvvəl oğluma dedim ki, kimi göstəririksə istəmirsən, gəl sənin toyunu edim sonra qız nə vaxt tapsan evlənərsən. Bu sözümə güldülər. Aradan bir müddət keçdi, gəldi ki, ata sən düz deyirsən, gəl, toy edək, qızı sonra taparam. 1 həftənin içində toy məsələni həll etdik, qız kimdir? Taylanddan. Dedim Allah xoşbəxt etsin, insan insandır. Əsas gəlindir, sonra vaxt olar gətirərsən”.

Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu Taylanddan olan qızla 1 ildir ki, danışırmış:

“Onun eşqinə ingilis dilini də öyrəndi. Qız universitetdə oxuduğuna görə, gətirməyə icazə vermədilər. Guya özü getmişdi qızı gətirməyə. 10 gün qaldı, sonra qayıdıb gəldi. Qızı gətirə bilmədi. Toy etdik, çıxıb getdi. Sadəcə görüntülü danışmışıq qızla. Azərbaycan dilində çoxlu sözlər də bilir. Bizə ana, ata deyir".
скачать dle 11.3
Mojo.az Banner