Mojo.az Banner
22:56 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək  |     22:49 Bakı Dünya Çempionatına ev sahibliyi edəcək  |     22:40 Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)  |     22:35 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO  |     22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |     21:30 Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video  |     21:25 15 minə yaxın şəxsə proaktiv pensiya təyin edilib  |     21:16 Bakının mərkəzində sağlam ağacları kəsiblər? - Video  |     21:08 DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi  |     21:03 İspaniyada daha bir hantavirus hadisəsi aşkarlandı  |     20:55 Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - Video  |     20:51 "Milan"ın hücumçusu antirekorda imza atdı  |    
Left Banner
Right Banner

Azərbaycan teatrlarında 46 ştat ləğv edildi

27.01.2026 22:56 315
Azərbaycan teatrlarında 46 ştat ləğv edildi
"Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər ölkə üzrə fəaliyyət göstərən 23 dövlət teatrını əhatə edir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni yanaşma çərçivəsində mövcud idarəetmə modelinin optimallaşdırılması məqsədilə 2 bədii rəhbər, 21 baş rejissor və 23 baş rəssam ştat vahidi ləğv edilərək, həmin vəzifələrin funksiyaları ştat cədvəlinə uyğun şəkildə müvafiq vəzifələrin icrasına həvalə edilib.

Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.

Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən 23 teatrda:

2 bədii rəhbər (Azərbaycan Dövlət Milli Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı), 13 baş rejissor (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı), 15 baş rəssam (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Yuğ Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı) üzrə müvafiq ştat vahidlərinin funksiyalarının icrası yenilənmiş struktur çərçivəsində digər vəzifələrin icrası zamanı nəzərə alınıb.

Bu dəyişikliklərin əsas məqsədi teatrların idarəetmə mexanizmlərinin çevikliyini artırmaq, yaradıcılıq prosesinin səmərəliliyini gücləndirmək və müasir idarəetmə prinsiplərinə uyğun institusional model formalaşdırmaqdır.скачать dle 11.3
Mojo.az Banner