Mojo.az Banner
19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Konstitusiya Məhkəməsindən vacib qərar

27.01.2026 21:36 453
Konstitusiya Məhkəməsindən vacib qərar
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
 
Median.Az bildirir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
 
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F. Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
 
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin dispozisiyasında əks edilmiş “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, həmin Məcəllənin 228.1-ci maddəsində göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.
 
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfs Nəir edilə bilməz.скачать dle 11.3
Mojo.az Banner