Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bu il martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Cabbarovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Qobustan Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Günel Cabbarovanı iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mürsəl Cabbarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 20.06.24 21:11