Daha bir naməlum şəhidin kimliyi bilindi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:42 Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı  |     22:35 Aşıq Əhliman insult keçirib  |     22:28 Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb  |     22:21 Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi  |     22:14 Natəvan Bayramova yeni vəzifəyə təyin olundu  |     21:48 Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub  |     21:23 Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var  |     21:14 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı  |     20:25 Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir  |     20:20 Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək  |     20:11 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  |     20:04 Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib  |     19:56 Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək  |     19:50 Sabah bəzi yerlərə yağış yağacaq  |     19:44 Argentinalı futbolçu "Liverpul"a keçə bilər  |     19:35 Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb  |     19:25 Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib  |     19:18 Lənkəranda gənc sürücü yol qəzasında ölüb  |     19:10 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb  |    

Daha bir naməlum şəhidin kimliyi bilindi

Nərimanov Sirac Fehruz oğlu Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sirac naməlum şəhidlərimizdən biri kimi Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində dəfn olunmuşdu. 
 
Median.Az Azərtac-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl kimliyi məlum olan Sirac Nərimanovun nəşinin qalıqları öz ata-baba yurdu Füzulidə torpağa tapşırılıb.
 
Qeyd edək ki, Nərimanov Sirac Fehruz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-da hərbi xidmətə çağırılıb. 
 
1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanan zaman Sirac Nərimanovun da nəşinin yeri bəlli olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            612 14.05.24 20:56