Mojo.az Banner
16:47 Prezident Şuşa ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi  |     16:43 Azərbaycanda faciə: 43 yaşlı kişini sel apardı  |     16:27 Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi  |     16:10 Günvurma zamanı ilk yardım necə göstərilməlidir?  |     16:05 Bakı metrosunun iş rejimi dəyişəcək - SƏBƏB  |     15:50 Pirşağıda kanalizasiya kollektorlarının tikintisi aparılır – Rəsmi açıqlama  |     15:04 Türkiyədə hava limanında insident - Polislər yaralandı  |     14:59 Dostunu öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başladı  |     14:52 Laçında 2 tondan artıq çətənə kolu məhv edildi  |     14:45 Bakıda qadın “Massimo Dutti”, “Oysho” və “Stradivarius”dan bahalı paltarlar oğurlayıb  |     14:45 Rumıniya NATO-dan kömək istədi  |     14:36 Xaricdəki müharibələrə qoşulan azərbaycanlılara xəbərdarlıq  |     14:31 Bu ərazilərdə söküntü gedir - ÜNVANLAR  |     14:29 Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı: Yaralılar var  |     14:27 Cari ildə Azərbaycandan 850 əcnəbi deportasiya edilib  |     14:24 "Türkiyəyə "F-35" qırıcıları veriləcək": Trampdan diqqətçəkən açıqlama  |     14:05 6 ayda neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb?  |     14:03 Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir  |     13:52 Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu  |     13:51 Azərbaycanın iqtisadi nümayəndə heyəti İordaniyaya səfər edəcək  |    
Left Banner
Right Banner

Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub

18.04.2024 22:15 1 938
Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub
Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmət araşdırma zamanı Gəncə şəhəri Fətulla Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev, Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.скачать dle 11.3
Mojo.az Banner