Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:58 Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı - FOTO  |     21:50 Azərbaycanlı general vəfat etdi - FOTO  |     21:42 G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər  |     21:31 Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO  |     21:17 Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA  |     21:06 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə  |     21:05 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |     19:39 Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər  |     19:31 Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb  |     19:25 Əfqanıstanda məscidə hücum olub, 6 nəfər ölüb  |     19:17 Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO  |     19:10 Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib  |     19:02 Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edib  |     18:49 Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ  |    

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş sabiq MTN-çi Səlim Məmmədov və “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdilər. Ç.Əsədov “8-ci km bazarı”nın ona qaytarılmasını tələb edib.

Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının (“8-ci km bazarı” da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən, bütün şikayətlər əsassız sayılaraq rədd edilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni zamanda, Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qaytarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 17.04.24 14:57