Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:22 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     17:51 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     17:28 Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı  |     17:11 KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır  |     16:38 Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:11 Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO  |     16:06 Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI  |     15:57 Karqo şirkətlərindən narazı olanların NƏZƏRİNƏ  |     14:36 Mayın ilk gününün havası açıqlandı  |     14:14 AFFA iki kluba texniki məğlubiyyət verdi  |     14:05 Nazir onu DYP rəisi TƏYİN ETDİ  |     13:54 Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib: Saxlanılanlar var  |     13:43 “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib  |     13:28 Məhkəmə Elnarə Qasımova barədə qərar verib  |     13:10 Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb  |     13:08 Fransa səfiri Azərbaycana qayıdıb  |     12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |    

Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-ləri cərimələnib.

Bu barədə İKTA məlumat yayıb.

Bildirilir ki, adıçəkilən provayderlər barəsində İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmətləri bazarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

"Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək", - məlumatda deyilir.

İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 16.04.24 20:50