Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:22 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |     17:51 FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     17:28 Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı  |     17:11 KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır  |     16:38 Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:11 Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO  |     16:06 Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI  |     15:57 Karqo şirkətlərindən narazı olanların NƏZƏRİNƏ  |     14:36 Mayın ilk gününün havası açıqlandı  |     14:14 AFFA iki kluba texniki məğlubiyyət verdi  |     14:05 Nazir onu DYP rəisi TƏYİN ETDİ  |     13:54 Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib: Saxlanılanlar var  |     13:43 “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib  |     13:28 Məhkəmə Elnarə Qasımova barədə qərar verib  |     13:10 Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb  |     13:08 Fransa səfiri Azərbaycana qayıdıb  |     12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |    

Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi saxta müfəttişlərin sahibkarları cərimə ilə təhdid edərək yoxlama apardığı barədə məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.

Bununla bağlı Səhiyyə Nazirliyi bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu qanuna əsasən, yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər.

Qeyd olunub ki, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin “9103”, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 15.04.24 12:37