Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:33 Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq  |     13:27 Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb  |     13:19 Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı  |     23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |    

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi orqanlarının sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılan, yaxud intizam tənbehi tətbiq edilmiş, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış vəzifəli şəxs müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi götürülənə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək növbəti xüsusi rütbəyə təqdim edilməyəcək.

Qeyd edək ki, hazırda intizam tənbehi tətbiq edilmiş vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 29.03.24 16:27