Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:19 Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı  |     23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |    

Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər - VİDEO

Son zamanlar avtomobilin dövlət qeydiyyat nişanının yerini dəyişərək qanunu pozan sürücülər çoxalıb.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürücülər bunu məqsədli şəkildə edirlər:

“Təbii ki, onu ora qoyanda axırıncı nömrə oxunmur. Deməli, kameradan yayınmağa hesablanmış bir addımdır və ya radarın görmə bucağını kəsən əməllərə yol verirlər. Bu da nömrəni sağ və sol küncə yapışdırmaqdan ibarətdir”.

Yol polisi belə sürücülərin qanunsuz əməllərinin qarşısını almaq üçün hərəkətə keçib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, dövlət qeydiyyat nişanı avtomobilin arxa və qabaq hissəsində müəyyən edilmiş yerdə bərkidilməlidir:

“Lakin təəssüflə qeyd edirəm ki, bəzi sürücülər dövlət qeydiyyat nişanlarını müəyyən edilmiş yerdə deyil, digər hissələrə bərkidirlər. Bu da xüsusi texniki vasitələrin nömrəoxuma funksiyalarına çətinlik yaradır. Bu, qayda pozuntusudur və inzibati məsuliyyət yaradır”.

Qeyd edək ki, belə sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək, qanunsuzluğa yol verənlər cəzalandırılacaqlar.

Ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 28.03.24 22:07