Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:47 31 yaşlı kişinin meyiti tapıldı  |     15:42 Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb  |     15:22 Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb  |     15:19 "Kurtlar Vadisi"nin məşhur aktyoru öldü  |     15:18 Qubadlıda ağır qəza: Xəsarət alanlar var  |     15:17 Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı  |     15:15 Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi  |     15:03 Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi  |     14:57 İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək  |     14:50 Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb  |     14:49 Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)  |     14:47 Ağadadaş Ağayevin son durumu açıqlandı: "Əgər səhhəti əl versə..."  |     14:46 Bakıda xanım sürücünün maşınından çantasının oğurlanma görüntüləri - VİDEO  |     14:45 Meşədə çətənə yetişdirən şəxs saxlanılıb  |     14:44 Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib (YENİLƏNİB)  |     14:39 COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb  |     14:29 Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar  |     14:27 FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT  |     14:26 Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb  |     14:25 Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır  |    

Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA

Hazırda dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Davam edən qlobal istiləşmə və quraqlığın artması bu problemi daha da dərinləşdirir. BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mövcud problemlə üz-üzədir.

Bəs Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandırarkən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov qeyd edib ki, alternativ su mənbələri istifadəsi istiqamətində həm dəniz suyunun şirinləşdirilməsi, həm də çirkab suların yenidən istifadəsi istiqamətində xeyli işlər görülür.

"Azərbaycanda iqlim dəyişikliyi fonunda su qıtlığı ilə mübarizədə xeyli işlər görülür. 2020-ci ildə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldı. Bunun ardınca Dövlət Su Ehtiyatları Agentliyi təsis edildi. Bütün bu addımlar gələcəkdə su qıtlığının azalmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Eyni zamanda, kənd təsərrüfatında müasir suvarma metodlarına tədricən keçid olunması, torpaq kanallarının betonlaşdırılması su itkilərinin azaldılması istiqamətində görülən işlərdə iqlim dəyişikliyi ilə mübarizə kimi qiymətləndirilə bilər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçirilir.

"10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir. Preziden İlham Əliyevin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşdırma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb", - deyə o vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 04.03.24 22:30