Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |     11:45 BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya  |     11:44 Azərbaycan Polisi 107 yaşında  |    

Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar - 1953-cü il təvəllüdlü Rahilə Qoç qızı Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Aslan oğlu Qənbərov, 1987-ci il təvəllüdlü Nərmin Abbas qızı Səfərova, 1988-ci il təvəllüdlü Qurban Elşad oğlu Rəhimov, 2013-cü il təvəllüdlü Nurgül Qurban qızı Rəhimzadə, 2015-ci il təvəllüdlü Əli Qurban oğlu Rəhimlini xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Yevlaxda ikisi azyaşlı olmaqla, 7 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

İki "Mercedes Benz" minik avtomobili toqquşub. Nəticədə, hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar.

Xəsarət alan şəxslər - 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            810 12.02.24 20:49