Mojo.az Banner
20:47 Mağazadan seyf oğurlayan şəxs saxlanıldı  |     20:40 Sağlam qocalma üçün 8 əsas faktor açıqlandı  |     20:34 Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR  |     20:26 DÇ-2026 azarkeşləri üçübn bilet şoku: Yanacaq böhranı xərcləri artırdı  |     20:20 Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı  |     20:13 Gələn il veteran pulu ARTIRILACAQ?  |     20:08 "Sabah"- "Neftçi" oyununun başlama tarixi açıqlanıb  |     20:00 Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video  |     19:55 Paşinyan Putinin "boşanma" sözünə belə cavab verdi  |     19:41 Benzinlə manqal yandırmaq istəyən Şəmkir sakini öldü  |     19:34 Millimiz Gürcüstana məğlub oldu  |     19:29 Sabah Azərbaycanda 30 dərəcə isti olacaq  |     19:20 Bakıda külli miqdarda elektron siqaret oğurlandı  |     19:15 Dövlət qurumlarına verilən yeni domenlərin sayı artıb  |     19:07 Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq  |     18:52 "Barselona"dan Flik qərarı  |     18:45 Polis 2 gündə 25 kiloqram narkotik aşkarladı  |     18:43 Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı - FOTO  |     18:29 Türkiyədə hantavirus təhlükəsi - 3 nəfər karantinə alındı  |     18:17 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |    
Left Banner
Right Banner

Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib

04.12.2023 21:38 2 529
Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulda kənd sakinləri tərəfindən yararsız vəziyyətdə olan küçə elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi ilə bağlı müraciətləri Biləsuvar Elektrik Şəbəkəsi tərəfindən qeydiyyata götürülərək icrasına başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, artıq 700 metr uzunluğu olan küçədə dirəklər basdırılıb. Həmçinin SİP kabelləşmə başa çatmaq üzrədir.

Eyni zamanda rayonun Ovçubərə kəndində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən səyyar qəbulda sakinlər tərəfindən yararsız vəziyyətdə olan 3 ədəd elektrik dirəyinin dəyişdirilməsi və xətlərin yenilənməsi ilə bağlı müraciətləri öz həllini tapıb.скачать dle 11.3
Mojo.az Banner