Laçın sakinləri qanunsuz saxlanılan odlu silahlarını könüllü şəkildə polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən doqquz müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.