Təşkilat rəhbəri: “Gələcəkdə ayılar üçün xilasetmə mərkəzi yaradıla bilər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:11 Tovuzda kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı  |     22:55 Ərdoğan: S-400 məsələsi artıq bağlanıb  |     22:43 İran "Xatəm əl-Ənbiya" Qərargah rəisinin öldüyünü təsdiqlədi  |     22:38 "Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb  |     22:30 MÜTDA: Sertifikasiya imtahanında az sayda neqativ hallar olub, 7 müəllimin nəticəsi ləğv ediləcək  |     22:25 Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO  |     22:01 Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ  |     21:52 İtaliyada qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı  |     21:46 AQTA: Tovuzdakı kütləvi zəhərlənmə dönərdən olub  |     21:41 Azər Qasımlı ev dustaqlığına buraxılmadı  |     21:35 "Qabil Məmmədov mənim şəkillərimi yayıb, şərəfimi təhqir edib" - MƏHKƏMƏ  |     21:27 Tovuzda qidadan zəhərlənənlərin sayı 21-ə çatdı (YENİLƏNİB)  |     21:20 Kəmaləddin Heydərov generalın təqaüdə göndərilməsi ilə bağlı əmr imzaladı  |     21:13 Bir qrup Konqo vətəndaşı İrandan Azərbaycana təxliyə olunub  |     21:06 Naxçıvanda saxta alkoqollu içkilər aşkarlandı  |     21:00 Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir  |     20:51 Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55,6 faizi əməkqabiliyyətli yaşda olub  |     20:44 Bank rəsmisi: "Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir"  |     20:37 AYNA: Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək  |     20:31 "Sumqayıt"ın sabiq baş məşqçisi Rusiyada işləyəcək  |    

Təşkilat rəhbəri: “Gələcəkdə ayılar üçün xilasetmə mərkəzi yaradıla bilər”

“Məqsədimiz gələcəkdə ayılar üçün xilasetmə mərkəzinin yaradılmasıdır”.

Bunu “Report”un Xızıya ezam olunmuş əməkdaşına açıqlamasında “Good World Animal Rescue and Protection” (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının rəhbəri Fərid Mansurov deyib.

Qurum rəhbərinin sözlərinə görə, “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatı bütün dünyada vəhşi və ev heyvanlarının xilası ilə məşğul olan ən önəmli təşkilatlarından biridir:

“Onların Azərbaycana səfərinin əsas məqsədi himayəmizdəki nəsli tükənməkdə olan və adı “Qırmızı kitab”a düşən qonur ayıların müayinəsi, müalicəsi və gələcəkdə onlar üçün Avropa standartlarına uyğun xilasetmə mərkəzinin yaradılmasıdır. Hazırda ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatı ilə əməkdaşlığı çərçivəsində ayıların müalicəsi aparılır. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənərək davam edəcəyinə ümid edirik. İnanıram ki, onlar bizimlə vəhşi heyvanların və təbiətin qorunması məsələlərində öz təcrübələrini bölüşəcəklər”.

F.Mansurov vurğulayıb ki, proses ilkin mərhələdə 4 gün davam edəcək:

“Bu mərhələdə ayıların müayinəsi, müalicəsi və zəruri əməliyyatların keçirilməsi nəzərdə tutulub”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            894 07.11.23 17:22