Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55,6 faizi əməkqabiliyyətli yaşda olub

25.06.2025 20:51 495
Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55,6 faizi əməkqabiliyyətli yaşda olub
Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55.6 faizi əməkqabiliyyətli yaşda olub.

Bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planında öz əksini tapıb.

Qeyd olunub ki, son dövrlərdə əmək bazarında ixtisaslı işçilərə tələbat artır:

"Cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların müvafiq bilik və bacarıqlarla təmin edilərək əmək bazarında mövcud olan vakansiyalara yönəldilməsi həmin şəxslərin yenidən hüquqpozmalara meyilliyini aradan qaldırmaqla yanaşı, əmək bazarının da inkişafına töhfə vermiş olacaq.

Rəsmi statistikaya əsasən, Azərbaycanda 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir. 2023-cü ildə əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslər cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil edib.

Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir. Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması, peşə təhsili çərçivəsində təhsilalanların potensialının gücləndirilməsi, eyni zamanda cəzaçəkmə müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, sahibkarların (işəgötürənlərin) tələbatına uyğun peşə təhsilinin təşkili və hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında işlə təmini üçün imkanların genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur".

Qeyd edək ki, Azərbaycanda 2023-cü il üzrə cinayət törətmiş şəxslərin sayı 25 min 6, 2024-cü il üzrə isə 22 min 485 olub. Əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayanlar cinayət törətmiş şəxslərin daha böyük hissəsini təşkil edir (2023-cü ildə 56.8 faiz, 2024-cü ildə 55.6 faiz).

Son xəbərlər