Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib

21.02.2024 20:11 1 983
Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib
Ötən il Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar törədib.

Bu barədə Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yaydığı illik hesabatda qeyd olunub.

Bildirilib ki, onlardan 2,8 faizini qadınlar təşkil ediblər. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6,0 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Qeydə alınan 36811 cinayət hadisəsinin 10057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8697 şəxs müəyyən edilib. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunublar.

Məlumata görə, 6343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26,0 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 3823,7 kiloqramını marixuana, 1939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.скачать dle 11.3
Mojo.az Banner