Ermənistanda arxiyepiskop Baqrat Qalstanyan saxlanıldı
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, din xadimi iqamətgahından çıxarılıb və avtomobilə mindirilərək naməlum istiqamətdə aparılıb.
"Sakit olun, hər şey yaxşı olacaq", - deyə Qalstanyan ona yaxınlaşmaq istəyən yoldaşlarına səslənib.
