Mojo.az — elanlar
Son Xəbərlər
21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı 15 nəfər həbs edilib

26.06.2025 15:22 675
Ermənistanda hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı 15 nəfər həbs edilib
Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmə cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məhkəmə istintaqın qaldırdığı bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxsləri həbs edib, onların arasında "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan da var.

İstintaq Komitəsi bildirir ki, axtarışlar zamanı internet və elektrik kabellərini zədələmək üçün nəzərdə tutulmuş çoxlu sayda tezalışan əşyalar aşkar edilib.

Vəkil Aleksandr Koçubayev sosial şəbəkədə qeyd edib ki, onun müdafiə etdiyi şəxs Armen Aleksanyan səhvən həbs edilib.

"Müstəntiqlər telefon danışıqlarını araşdırarkən səhvə yol veriblər və başqa bir şəxsin hərəkətlərini müvəkkilimə aid ediblər", - o yazıb.

Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" partiyasının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat vermişdi. Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar həbs edilib.

Son xəbərlər