Mojo.az Banner
22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə yanğın: İki FHN işçisi yaralandı - YENİLƏNİB + FOTO

05.05.2018 14:11 4 883
Gəncədə yanğın: İki FHN işçisi yaralandı - YENİLƏNİB + FOTO
Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Median.Az
-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb.

Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

* * * * *

Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

Median.Az
-ın xəbərinə görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbülfəz oğludur.

Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta-ağırdır.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

* * * * *

Gəncədə Heydər Əliyev prospekti bina 6-da yanğın baş verib.

Median.Az
-ın “ARB Kəpəz”ə istinadən xəbərinə görə, tüstülənmə ikimərtəbəli yaşayış binasının dam örtüyündən başlayıb.

Hadisə yerinə FHN-nin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyyə edilib.

Sakinlər qabaqlayıcı tədbirlər görərkən iki nəfər FHN əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.






скачать dle 11.3
Mojo.az Banner