Mojo.az Banner
12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |     11:58 Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət  |     11:56 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video  |     11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |     11:51 3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?  |     11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |     11:28 Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video  |     11:25 Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı  |     23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda insanlar avtobus dayanacağında əziyyət çəkir - VİDEO

03.05.2018 18:10 4 988
Bakıda insanlar avtobus dayanacağında əziyyət çəkir - VİDEO
Bu il ölkəmizdə keçirilən “Formula-1” yarışları ilə əlaqədar olaraq paytaxtın mərkəzi küçələrindəki yollara beton bəndlər quraşdırılıb. Həmin bəndlər isə ictimai nəqliyyatdan istifadə edən paytaxt sakinləri üçün müəyyən dərəcədə narahatlıq yaradıb.

Median.Az-
ın məlumatına görə, paytaxt sakinləri “Kukla” teatrının önündə yolun bir tərəfindən digər tərəfinə keçərək ictimai nəqliyyatdan istifadə etmək üçün həmin bəndlərin üzərində quraşdırılan kiçik ölçülü qapıyabənzər çərçivədən keçməyə məcbur olurlar.

Sözügedən məsələ ilə əlaqədar sosial şəbəkədə video paylaşılıb.

Həmin görüntüyə şərh yazan istifadəçilər bu bəndlərin narahatlıq yaratdığını deyərək, qısa müddət ərzində yığışdırılmasını tələb ediblər.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sakinlərin narazılığının qəbuledilən hal olduğunu deyib.

O bildirib ki, qısa zaman ərzində deyilən narazılıqlar aradan qaldırılacaq:

“Şəhər tipli treklərin mənfi cəhətlərindən biri də mərkəzi küçələrdə yaranan narahatlıqlardır. Lakin bunun müqabilində bütün dünya Azərbaycanı canlı yayım vasitəsilə izləyir. Buna görə də biz öncədən bütün sakinlərdən yaranan narahatlıqlara görə üzr istəyirik. Həmin ərazidə yaşayan və işləyən insanlar üçün bu bəndlərin problemlər yaratdığını anlayır və başa düşürük.

Bunlarla yanaşı, əsas məqsədimiz ölkəyə həm iqtisadi fayda gətirmək və onu müəyyən dərəcədə tanıtmaqdan ibarətdir. İndiki məqamda tikinti şöbəmiz artıq Qran-Pri bitən gecədən müvəqqəti qurğuların yığışdırılması işlərinə başlayıb.

Pit binasından başlayaraq tribunalar, bəndlər və beton bloklar yığışdırılacaq. Keçən ildən fərqli olaraq, bu il Pit binası da söküləcək. Çalışırıq ki, bütün işləri tez bir müddət ərzində yekunlaşdıraq. Lakin ümumilikdə bu qurğuların sökülməsi iki ay çəkir”.

Sözügedən görüntünü təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner